Qadın nəhəng ayı ilə üz-üzə qaldı: Ağzına zərbə vurub xilas oldu - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alyaskada yaşayan qadın 350 kiloqramdan ağır vəhşi ayının hücumunu ciu-citsu fəndlərinin köməyi ilə dəf edə bilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə KTUU regional televiziya kanalı məlumat yayıb.
Keytlin Leyn Bells-Flets qəsəbəsi yaxınlığında iti ilə gəzintiyə çıxıb. Qızılbalıqların olduğu dərənin yaxınlığında o, qəfildən ayı ilə üz-üzə gəlib. Vəhşi heyvan qadının üzərinə atılıb. Leyn canını qurtarmaq üçün dik yamaca dırmaşmaq qərarına gəlib. O, yuxarı qalxarkən iti ayının diqqətini yayındırıb və bu da qadına daha əlverişli mövqe tutmaq üçün vaxt qazandırıb.
Zərərçəkən televiziya kanalına müsahibəsində bir müddət ciu-citsu ilə məşğul olduğunu bildirib.
"Düşdüyüm vəziyyət eynilə ciu-citsuda məsafə saxlamaq üçün istifadə olunan formanı xatırladır. Bir ayaqla maneə yaradır, digəri ilə zərbə endirirsən. Burada məşqlərin rol oynadığını, yoxsa sadəcə instinkt olduğunu deyə bilmərəm", - deyə o əlavə edib.
Ayı yaxınlaşdığı an Leyn müdafiə olunaraq ayağı ilə onun düz ağzına zərbə endirib. Bundan sonra heyvan hücumu dayandıraraq ərazidən uzaqlaşıb.
Yaşadığı dəhşətli hadisəyə baxmayaraq, Leyn ayını günahlandırmır. O, baş verənləri qəsdən edilmiş hücum deyil, balaları olan ananın təbii müdafiə reaksiyası hesab edir.
Qadın əsasən əziklər və bir neçə səthi cızıq alıb. Onun sözlərinə görə, bu yaralar sürətlə sağalır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
XƏBƏR LENTİ
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)





