Hadisə

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

22 Avqust 2026 18:24
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.

Milli.Az "Report" a istinadən xəbər verir, hadisə yataqxananın dəhlizində qeydə alınıb.

Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Hüseynov Şahin Maşallah oğlu və anası, 1978-ci il təvəllüdlü Hüseynova Yusifə Nəsib qızı tüstüdən zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.