Xaricdə təhsil adı altında dələduzluq halları artır: nələrə diqqət edilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdə təhsilə marağın artması bu sahədə fəaliyyət göstərən şirkətlərin və fərdi vasitəçilərin sayının çoxalmasına səbəb olub. Bununla yanaşı, universitetə qəbul, diplomun tanınması və müxtəlif sənədlərin hazırlanması adı altında vətəndaşların aldadılması riskləri də gündəmə gəlir.
Təhsil eksperti Əlmusa Atamalıyev bildirir ki, xaricdə təhsil almağı planlaşdıran şəxslər universitet və ixtisas seçimindən əvvəl bir sıra mühüm məqamları araşdırmalıdırlar.
Onun sözlərinə görə, əsas problemlərdən biri tələbələrə universitet və proqram haqqında dolğun məlumat verilmədən qəbul vədlərinin edilməsidir:
"Xaricdə təhsil almaq istəyən şəxsin qarşısında ilk məsələ sadəcə universitetə qəbul olmaq deyil. Universitetin rəsmi statusu, akkreditasiyası, seçilən proqramın xüsusiyyətləri, təhsil forması və gələcəkdə diplomun tanınması imkanları əvvəlcədən araşdırılmalıdır. Bəzən tələbəyə "diplomunuz Azərbaycanda mütləq tanınacaq" kimi zəmanətlər verilir. Halbuki diplomun tanınması ayrıca prosedurdur və bununla bağlı yekun qərarı konsultasiya şirkəti və ya universitet vermir".
Əlmusa Atamalıyev xaricdə təhsil sahəsində saxta və ya həqiqiliyi şübhə doğuran sənədlərin hazırlanması və təqdim edilməsinin xüsusilə ciddi risk yaratdığını vurğulayır.
Ekspert qeyd edir ki, tələbələr qəbul məktubu, universitetlə müqavilə, ödəniş sənədləri və digər rəsmi sənədlərin həqiqiliyini yoxlamalıdırlar. Universitet adından təqdim edilən sənədin mövcudluğu həmin şəxsin həqiqətən universitetə qəbul edildiyini avtomatik olaraq təsdiqləmir. Buna görə qəbul məlumatının mümkün olduğu hallarda universitetin rəsmi kanalları vasitəsilə dəqiqləşdirilməsi vacibdir.
Digər mühüm məsələ ödənişlərlə bağlıdır. Əlmusa Atamalıyevin sözlərinə görə, tələbə və valideynlərdən böyük məbləğdə vəsait tələb edilirsə, ödənişin hansı xidmətə görə alındığı, universitetin rəsmi təhsil haqqının nə qədər olduğu və ödənişin kimə edildiyi əvvəlcədən aydınlaşdırılmalıdır.
"Valideynlər bəzən övladlarının qəbulunu tez həll etmək üçün tələsirlər. Məhz bu tələskənlik sui-istifadə üçün şərait yarada bilər. "Son iki yer qalıb", "bu gün ödəniş etməsəniz qəbul bağlanacaq", "100 faiz qəbul və diplomun tanınmasına zəmanət veririk" kimi ifadələrə ehtiyatla yanaşmaq lazımdır".
Ekspert bildirir ki, yalnız qəbul məsələsi deyil, yaşayış, yataqxana, viza və ölkəyə getdikdən sonrakı proseslər də əvvəlcədən dəqiqləşdirilməlidir. Tələbəyə yataqxana vəd edilirsə, onun universitetə məxsus olub-olmadığı, qiyməti və yerləşmə şərtləri barədə rəsmi məlumat əldə edilməlidir.
Əlmusa Atamalıyev xaricdə təhsil seçimi edənlərə universitetin rəsmi saytını yoxlamağı, qəbul sənədlərinin həqiqiliyinə əmin olmağı, ödənişlərə dair müqavilə və qəbz tələb etməyi, diplomun tanınması qaydalarını əvvəlcədən araşdırmağı tövsiyə edir.
"Bizim "Təhsil AL" şirkətinə də çoxlu müraciətlər olur. Bəzən sadə proseslərə görə həddən artıq baha qiymətlərin təklif edildiyini müşahidə edirik. Ya sənədləri düzgün formada tərtib etmirlər. Ya təhsilalma formasında yanlış məlumatlar verilir. Xaricə gedən tələbə başa düşməlidir ki, ölkəmizdə distant təhsilalma forması tanınmır, eyni zamanda qiyabi təhsilalma formasında alınan diplomun gələcəkdə tanınması üçün müəyyən normalar mövcuddur və s. Ona görə də xaricdə təhsil almaq istəyənlər mütləq bu sahə üzrə peşəkarlara müraciət etməlidirlər. Tələbə üçün ən doğru seçim sadəcə xaricdə universitetə qəbul olmaq deyil. Məqsəd etibarlı universitetdə, uyğun ixtisas üzrə keyfiyyətli təhsil almaq və sonradan diplomla bağlı problemlə qarşılaşmamaqdır. Buna görə qərar verməzdən əvvəl məlumatı bir neçə mənbədən yoxlamaq lazımdır", - deyə Əlmusa Atamalıyev bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
XƏBƏR LENTİ
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı





