Azərbaycanın qadınlardan ibarət voleybol millisi Bakıda keçirilən Avropa çempionatında növbəti oyuna çıxır.
Milli.Az xəbər verir ki, Faiq Qarayevin komandası bu gün C qrupunun 2-ci turunda İspaniya yığması ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasında keçiriləcək oyun saat 18:30-da başlanacaq.
Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları üz-üzə gələcəklər. Bu görüş daha əvvəl - saat 15:30-da start götürəcək.
C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turda Portuqaliyaya qalib gələn (3:1) Azərbaycan millisi 3 xalla qrup lideridir. Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Xalı olmayan Portuqaliya sonuncu - altıncı sıradadır.
Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)