İdman

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar

23 Avqust 2026 12:48
Baxış: 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

Milli.Az xəbər verir ki, yarışda 4 idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri medal qazanıblar. Qərib Atababayev (-55 kq), Raul Məlikzadə (-60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Muhəmməd Səttarov (-60 kq) isə turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığmamız yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 medal qazanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.