Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 2,110 milyard ABŞ dolları təşkil edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesablamasına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 960 milyon ABŞ dolları və ya 31,3% azdır.
Azərbaycanın ticarət dövriyyəsində 7,22% paya malik Rusiya ölkənin ən böyük ticarət tərəfdaşları arasında 5-ci pillədə qərarlaşıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 749,5 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 milyon ABŞ dolları və ya təqribən 3,9% çoxdur. Bu göstərici ilə Rusiya hesabat dövründə Azərbaycanın ən çox ixrac əməliyyatı apardığı ölkələr siyahısında 4-cü pillədə qərarlaşıb.
Dövr ərzində Azərbaycandan Rusiyaya ixrac əməliyyatlarının 731,7 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil eidb ki, bu da ötən ilin ilk 7 ayındakı göstəriciyə nisbətən 15 milyon ABŞ dolları və ya 2,1% çoxdur. Hesabat dövründə Azərbaycanın ümumi qeyri-neft məhsulları ixracında Rusiya 12,33% payla 2-ci mövqeyə sahib olub.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,360 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 988,3 milyon ABŞ dolları və ya 42,1% azalma deməkdir. Bununla da Rusiya hesabat dövründə Azərbaycanın ən çox idxal əməliyyatı apardığı ölkələr siyahısında 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan və Rusiya rəsmiləri də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirirlər. Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin ticarət dövriyyəsinin artırılması, birbaşa investisiyaların genişləndirilməsi və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu üzrə əməkdaşlığı müzakirə etdiklərini bildirib.
"Apreldə hökumətlərarası komissiyanın növbəti iclasının keçirildiyi faktını nəzərə almaqla, ticari-iqtisadi əməkdaşlığı müzakirə etdik. Ticarət dövriyyəsinin gələcəkdə daha da artırılmasına qarşılıqlı marağın mövcud olduğunu qeyd etdik. Ötən il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb. Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsinin artırılması və birbaşa investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 11 milyard dollar təşkil edir. Respublikada Rusiya kapitallı 1400-dən çox kommersiya qurumu fəaliyyət göstərir", - deyə o bildirib.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hökumətlərarası komissiyanın müntəzəm fəaliyyətini iqtisadi əməkdaşlığın əsas mexanizmlərindən biri kimi qiymətləndirərək, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində ümumi dinamikanın müsbət olaraq qaldığını vurğulayıb.
"Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın 24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha ətraflı dayanacağıq", - deyə o bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)





