İdman

"Tvente" Bakıya 150 azarkeşlə gələcək

24 Avqust 2026 15:04
Baxış: 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək.

Milli.Az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

"Tvente" Bakıya sabah gələcək. Niderlanddan 150-dək azarkeşin gələcəyi də gözlənilir", - klub rəsmisi bildirib.

Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.