“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" ilə cavab oyunu ərəfəsində klubun saytına açıqlama verib.
Milli.Az xəbər verir ki, Tahir Gözel Niderlanddakı ilk qarşılaşmada əldə olunan qələbə və Bakıda baş tutacaq cavab görüşü barədə fikirlərini bildirib:
"Bir neçə gün əvvəl Niderlandda "Tvente"yə qarşı komandamız möhtəşəm oyun nümayiş etdirdi və ən əsası, Bakıya çox dəyərli qələbə ilə qayıtdıq. "Tvente" köklü futbol ənənələri və böyük tarixi olan güclü klubdur. Niderland futbolunun Avropadakı səviyyəsi hər kəsə məlumdur. UEFA reytinqində yüksək pillələrdə qərarlaşan bir ölkəni təmsil etmək və oradan avrokuboklara vəsiqə qazanmaq heç də asan deyil. Üstəlik, "Tvente" hazırda çox yaxşı formadadır".
Onun sözlərinə görə, Enshededə stadiondakı ab-hava da xüsusi qeyd olunmalıdır.
"Azarkeşlər 90 dəqiqə ərzində komandalarına inanılmaz dəstək verdilər. Belə bir atmosferdə qalib gəlib ölkəmizə qayıtmaq bizim üçün çox qürurverici və sevindirici oldu. Amma bu qələbə işimizin bitməsi demək deyil. Qarşıda Bakıdakı cavab oyunu var. İnanıram ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə bizim azarkeşlərimiz elə bir ab-hava yaradacaqlar ki, komandamız onların gücünü meydanda hər dəqiqə hiss edəcək. Bütün azarkeşlərimizi həmin gün stadionda gözləyirik. Bu yolu birlikdə davam etdirməliyik.
Avqustun 25-də isə "Sabah"ın çox vacib avrokubok oyunu var. "Sabah" güclü və oturuşmuş heyət formalaşdırıb, son Azərbaycan çempionudur və avrokuboklarda da ölkəmizi layiqincə təmsil edir. Qarşıdakı rəqib çox güclüdür və məhz belə oyunlarda azarkeş dəstəyi xüsusi rol oynayır. İnanıram ki, dolu stadionun yaratdığı ab-hava Azərbaycanımızın təmsilçisinə əlavə güc verəcək. Həmin gün klub fərqi qoymadan hamımız "Sabah"ın yanında olmalıyıq. Ürəkdən arzu edirəm ki, azarkeşlərimiz həm avqustun 25-də, həm də 27-də Tofiq Bəhramov stadionunu tam doldursunlar. Qoy bu iki gecə Azərbaycan futbolunun bayramına çevrilsin. İnşallah, Azərbaycanımız iki gün ardıcıl böyük sevinc yaşasın və hər iki klubumuz avrokubokların Liqa mərhələsinə vəsiqə qazansın"./Sfera.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb
-
Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
XƏBƏR LENTİ
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
-
Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur
-
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb





