Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.
Milli.Az xəbər verir ki, bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib. On hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var. Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər var. Burada müxtəlif tarixi dövrlərə aid əşyalar, həmçinin əsərlər təqdim olunur. Əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın olduğu kitabxana yerləşir. Buradakı muzey ekspozisiyası "İslamdan əvvəl sivilizasiyalar", "Birinci İntibah dövrü", "İkinci İntibah dövrü", "XX əsrdə Özbəkistan", "Yeni Özbəkistan - Üçüncü İntibahın əsası" və "Müqəddəs Quran" adlı zallardan ibarətdir.
Ekspozisiyanın mərkəzində yerləşən "Müqəddəs Quran" zalında müsəlman dünyasının mənəvi incisi - "Osman Quranı" saxlanılır. Zalda müxtəlif dövrlərdə yazılmış "Quran"ın əlyazma nüsxələri və özbək dilinə tərcümələri təqdim olunur.
Yüzlərlə alim, ekspert, dini və ictimai xadim layihənin reallaşmasında iştirak edib. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
XƏBƏR LENTİ
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
-
Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur





