Ürəyiniz üçün portağal yeyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portağal həm dadlı, həm də sağlamlıq baxımından olduqca qiymətli sitrus meyvəsidir. Xüsusilə beyin və ürək sağlamlığının qorunmasında mühüm rol oynayan qida maddələri ilə zəngindir.
Milli.Az xəbər verir ki, gün ərzində bir dəfə yemək sağlamlığınıza müsbət təsir edə bilər. Mütəxəssislər bildirir ki, bu sitrus meyvəsi tək immunitet yüksəltmir, həmçinin ürək və beyni qoruyur:
Beyin sağlamlığına faydaları
Portağalın tərkibində olan C vitamini güclü antioksidant kimi fəaliyyət göstərərək beyin hüceyrələrini zədələnmədən qoruyur. Bu isə yaddaşın güclənməsinə və zehni fəaliyyətin yaxşılaşmasına kömək edir. Bundan əlavə, portağalda olan flavonoidlər beyin qan dövranını artıraraq konsentrasiyanı yüksəldə bilər. Araşdırmalar göstərir ki, müntəzəm sitrus meyvəsi qəbulu yaşla bağlı yaddaş zəifləməsinin qarşısını almağa dəstək olur.
Ürək sağlamlığına təsiri
Portağal ürək-damar sistemi üçün də olduqca faydalıdır. Onun tərkibindəki kalium qan təzyiqini tənzimləməyə kömək edir və ürəyin normal fəaliyyətini dəstəkləyir. Eyni zamanda, liflə zəngin olması "pis" xolesterinin (LDL) səviyyəsini azaltmağa kömək edir. Bu da ateroskleroz və digər ürək xəstəliklərinin riskini aşağı sala bilər.
Digər sağlamlıq üstünlükləri
İmmuniteti gücləndirir
Orqanizmi toksinlərdən təmizləməyə kömək edir
Dəri sağlamlığını yaxşılaşdırır
Həzm sistemini dəstəkləyir
Gündəlik rasionda 1 ədəd orta ölçülü portağal və ya bir stəkan təzə sıxılmış portağal şirəsi kifayət edir. Lakin şəkər səviyyəsinə diqqət edən şəxslər meyvəni bütöv şəkildə qəbul etməyə üstünlük verməlidir.
Mədə turşuluğu yüksək olan şəxslər portağalı həddindən artıq istehlak etməməlidir. Həmçinin bəzi dərmanlarla qarşılıqlı təsir ehtimalı olduğundan, xroniki xəstəliyi olanlar həkim məsləhəti almalıdır./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
-
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Tovuzda yaşayış binasında yanğın - tüstüdən zəhərlənən var - (Foto)
-
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
-
Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb, xəsarət alanlar var - Yenilənib





