Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada insan həyatı üçün ən təhlükəli canlı şir, pələng və ya köpəkbalığı deyil. Alimlərin məlumatına görə, bu siyahıda ilk sırada ağcaqanadlar dayanır.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, ağcaqanadların yaydığı xəstəliklər hər il dünyada 700 mindən çox insanın ölümünə səbəb olur.
Bu kiçik həşəratlar malyariya, denge qızdırması, Qərbi Nil virusu, sarı qızdırma və Yapon ensefaliti kimi təhlükəli infeksiyaları daşıyırlar.
Onların yaydığı ən ölümcül xəstəlik malyariyadır. Bu infeksiya hər il 600 mindən çox insanın həyatına son qoyur. Ölüm hallarının böyük hissəsi Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrində, xüsusilə uşaqlar arasında qeydə alınır.
Denge qızdırması da geniş yayılan xəstəliklərdəndir. Hər il təxminən 400 milyon insan bu virusa yoluxur. Ağır hallarda daxili qanaxma, orqanların zədələnməsi və qan təzyiqinin kəskin düşməsi baş verə bilər.
Qərbi Nil virusu, sarı qızdırma və Yapon ensefaliti də ağcaqanadlar vasitəsilə yayılan təhlükəli xəstəliklər sırasındadır. Xüsusilə Yapon ensefalitinin ağır formalarında ölüm riski 30 faizə çata bilər.
Dünyada 3700-dən çox ağcaqanad növü olsa da, onların yalnız kiçik bir hissəsi xəstəlik daşıyır. Buna baxmayaraq, yaydıqları infeksiyalar ağcaqanadları insanlar üçün dünyanın ən ölümcül canlılarından birinə çevirir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
-
Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur
-
Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Azad Kəlbəcərin ilk təhsil müəssisəsinin yeganə şagirdi tələbə oldu
-
Nərgiz Cəlilova efirə qayıdır
-
Bu ixtisasa keçid balı 697 oldu
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Ağdamda 30 hektar ərazidə yanğın başlayıb
-
Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
-
Ali təhsil müəssisələrinə qəbul olunanların neçə nəfəri pulsuz oxuyacaq?
-
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - (Foto)
-
Kriminal avtoritet İsraildə qətlə yetirildi
-
Adil Dəmirov ölkəmizə ekstradisiya olunacaq
-
Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək - ADY
-
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
-
Azərbaycan-Özbəkistan münasibətləri daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
-
Universitetlərə qəbul imtahanlarının nəticələri açıqlandı
-
Xətaidə bir gün su olmayacaq
-
Xələf Xələfova ağır itki
-
Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi





