Dünyanın ən yaşlı insanı odur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən yaşlı insanı hesab olunan britaniyalı Ethel Katerhem 117 yaşını qeyd edib.
Milli.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. O, doğum gününü İngiltərənin Surrey qraflığındakı "Hallmark Lakeview Care Home" qocalar evində ailəsi və dostları ilə birlikdə keçirib.
Katerhem 116 yaşlı braziliyalı qadının ölümündən sonra, 2025-ci ilin mayında dünyanın ən yaşlı insanı elan edilib.
Qeyd edək ki, ötən il Ethel Kral III Çarlzla görüşüb və hətta onun əlindən tutub. Katerhem krala 1969-cu ildə onun Uels şahzadəsi elan olunmasını izlədiyini xatırladıb. Həmin vaxt Çarlzın 21 yaşı olub.
Ethel 21 avqust 1909-cu ildə, Birinci Dünya müharibəsinin başlamasından beş il əvvəl anadan olub. O, 1910-cu ilin mayında vəfat edən Kral VII Eduardın dövründən sağ qalan sonuncu britaniyalı hesab olunur. Katerhem həyatı boyu daha beş monarxın hakimiyyətinin şahidi olub: V Georq, VIII Eduard, VI Georq, II Elizabet və III Çarlz
Bununla belə, Ethel Katerhem dünyanın ən uzunömürlü insanı rekordundan hələ beş il geri qalır. Bu rekord fransalı Janna Kalmanın adı ilə bağlıdır. O, 122 il yaşayıb və 1997-ci ildə vəfat edib./"Unikal"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur





