Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropada anomal istilər və quraqlıq genişmiqyaslı meşə yanğınlarına səbəb olmaqla yanaşı, yeni ölümcül təhlükəni də üzə çıxarıb. Söhbət Birinci və İkinci Dünya müharibələrindən qalan partlamamış mərmilərdən və digər döyüş sursatlarından gedir.
Milli.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalında məlumat verilib.
Qərbi Avropanın, o cümlədən Almaniyanın böyük ərazilərində yanğınlar baş verib. Yanğınsöndürənlər isə alovla mübarizə zamanı torpaqda qalmış köhnə sursatların partlama təhlükəsi ilə getdikcə daha çox üzləşirlər. Vaxtilə şiddətli döyüşlərin getdiyi bəzi ərazilərdə hələ də külli miqdarda partlamamış sursat qalır. pizza mizza
Belçika, Almaniya, Niderland və Fransada köhnə döyüş sursatlarının partlaması barədə məlumatlar daxil olub. Yüksək temperaturun özü də bəzi hallarda nəzarətsiz partlayışlara səbəb olaraq yeni yanğınların yaranmasına gətirib çıxarır.
Almaniyanın şərqində yanğınsöndürənlər köhnə partlamamış mərmilər səbəbindən meşə yanğınlarının söndürülməsi işlərini dəfələrlə dayandırmalı olublar. Bu vəziyyətə bu ilin yayında Meklenburq-Ön Pomeraniya federal torpağındakı Müritz Milli Parkında da rast gəlinib.
Orada meşə yanğınının sahəsi 380 hektardan çox olub. Yanğının söndürülməsinə hətta Bundesver də cəlb edilib, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunublar. 1945-1993-cü illərdə Sovet ordusu qoruğun bir hissəsindən hərbi poliqon kimi istifadə edib. Buna görə də ərazidə həmin dövrdən qalan sursatlar mövcuddur.
Vəziyyət Brandenburqda daha təhlükəlidir. 1945-ci ildə burada Qırmızı Ordu ilə Vermaxt arasında şiddətli döyüşlər gedib. Hazırda meşə yanğınları zamanı İkinci Dünya müharibəsindən qalan mərmilərin, demək olar ki, mütəmadi olaraq partladığı bildirilir./Oxu.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
XƏBƏR LENTİ
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur





