Bakıda məşhur estetik mərkəzdə yoxlama: Ciddi qanun pozuntuları üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda fəaliyyət göstərən "VEFA ESTHETIC CENTER" MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Trend-in sorğusuna cavab olaraq məlumat verib.
Qeyd olunub ki, KİV-də dərc olunan məlumatlar və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazinin 119-cu məhəlləsində yerləşən "VEFA ESTHETIC CENTER" MMC-yə məxsus özəl tibb müəssisəsində aidiyyəti araşdırmanın aparılması məqsədilə plandankənar yoxlama keçirilib.
Yoxlama nəticəsində "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinin pozulduğu müəyyən edilib. Belə ki, özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, xüsusilə "Kosmetologiya" işi üzrə həkimin qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.
Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı bildirilib. Ambulator pasiyentlərin qeydiyyatının "AV MEDICAL" proqramı üzrə həyata keçirilməsi ilə "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin pozulduğu qeyd olunub.
Yoxlama zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 4.8 və 6.1-ci maddələrinin də pozulduğu, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin aşkarlandığı bildirilib.
Həmçinin lisenziyada göstərilən işlərdən kənar fəaliyyət faktı müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə "endokrinoloq" vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aşkar edilmiş pozuntularla bağlı "VEFA ESTHETIC CENTER" MMC barəsində inzibati tənbeh tədbirləri seçilib, İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.
Mərkəz əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsi və qanunvericiliyə riayət olunması istiqamətində nəzarət fəaliyyətinin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, vətəndaşların və KİV-in müraciətləri əsasında aparılan yoxlamalar şəffaflıq və qanunun aliliyi prinsiplərinə uyğun həyata keçirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
XƏBƏR LENTİ
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)





