Cəmiyyət

Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)

26 Avqust 2026 23:52
Baxış: 3 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Builki ən yaşlı tələbə 58 yaşlı Elbrus İsmayıl oğlu Hüseynovdur.

Milli.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, o, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.

Elbrus Hüseynov bildirib ki, illərdir bu günü gözləyirmiş.

Ali təhsili işində daha da peşəkar olmaq üçün almaq istəyir.

O, deyir ki, bu xəbərə ən çox sevinənlər isə nəvələri olub.

-----------

2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Report-a bildirilib.

Qeyd olunub ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı tələbə Elbrus Hüseynov isə subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.