Ali məktəbə qəbul olan ən yaşlı tələbə

26 Avqust 2026 11:39

2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Report-a bildirilib.

Qeyd olunub ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı tələbə Elbrus Hüseynov isə subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)