Siyasət

Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda yeni sistemin açılışı keçirilib - (Video)

27 Avqust 2026 09:37
Baxış: 322

Bu gün Meksikanın tarixi mərkəzində yerləşən Tlakskoake (Tlaxcoaque) meydanında şəhərin İdarəetmə, Nəzarət, Əlaqə və Vətəndaşlarla Qarşılıqlı Əlaqə Mərkəzinə (C5) inteqrasiya olunmuş müasir videomüşahidə sisteminin istifadəyə verilməsi mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, meydanda Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş Xocalı abidəsi yerləşir. Abidə 2012-ci ildə Azərbaycanın dəstəyi ilə həyata keçirilən meydanın yenidənqurma işləri çərçivəsində ucaldılıb.

Videomüşahidə sisteminin istifadəyə verilməsi mərasimində Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və Mexiko şəhərinin C5 İdarəetmə Mərkəzinin rəhbəri, doktor Xose Salvador Qerrero Çipres iştirak ediblər.

Yeni videomüşahidə sistemi meydanın və ətraf ərazilərin təhlükəsizlik səviyyəsinin artırılmasına, ictimai asayişin qorunmasına və mümkün insidentlərə daha operativ müdaxilənin təmin edilməsinə xidmət edəcək.

Sistemin istifadəyə verilməsi Azərbaycanın Meksikadakı səfirliyinin Meksikanın təhlükəsizlik strukturları ilə sıx əməkdaşlığının nəticəsi olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.