Qoroskop

Yay bitmədən eşq qapını döyəcək: 5 bürcü romantik sürprizlər gözləyir

27 Avqust 2026 07:07
Baxış: 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yayın son həftəsi eşq həyatında hərəkətli və emosional dəyişiklik gətirə bilər. Bəzi bürclər münasibətlərində yeni səhifə açacaq, bəziləri keçmişdə qalan məsələləri arxada qoymaq fürsəti tapacaq.

Milli.Az xəbər verir ki, subaylar üçün sürpriz tanışlıqlar, münasibəti olanlar üçün isə vacib qərarların gündəmə gələ biləcəyi bir dövrdür.

QOÇ

Son həftə eşq həyatınızda hərəkətlilik arta bilər. Münasibətinizdə yeknəsəqliyi (monotonluğu) qıracaq inkişaflar yaşanarkən, gözlənilməz bir sürpriz həyəcanınızı yüksəldə bilər. Duyğularınızı həddindən artıq nəzarətdə saxlamaq əvəzinə axışına buraxmağınız münasibətinizə yaxşı təsir edə bilər.

BUĞA

Hüzur və etibar axtarışınız eşq həyatınızda həlledici ola bilər. Tərəf müqabilinizlə (partnyorunuzla) birlikdə keçirəcəyiniz sakit zamanlar aranızdakı bağı yenidən gücləndirə bilər. Bu həftə böyük gözləntilər yerinə bir-birinizə ayırdığınız zamana önəm verməniz faydalı olacaq.

ƏKİZLƏR

Münasibətlərdə ünsiyyətin əhəmiyyət qazandığı bir həftəyə qədəm qoyursunuz. Səhv anlaşılmalar açıq bir söhbətlə asanlıqla həll oluna bilər. Duyğularınızı gizlətmək əvəzinə qarşınızdakı insana nə hiss etdiyinizi izah etməyiniz münasibətinizdə yeni bir tarazlıq yarada bilər.

XƏRÇƏNG

Duyğularınızı normaldən daha intensiv hiss edə biləcəyiniz bir dövrdəsiniz. Tərəf müqabilinizdən gözləntilərinizi açıq şəkildə ifadə etmək aranızdakı bağın güclənməsini təmin edə bilər. Subay Xərçənglər üçün isə keçmişdən gələn bir şəxsin yenidən gündəmə gəlməsi mümkündür.

ŞİR

Özgüvəninizin yüksəldiyi bu həftə eşq həyatınızda da diqqəti üzərinizə çəkə bilərsiniz. Tərəf müqabilinizlə romantik və unudulmaz anlar yaşaya, münasibətinizdəki həyəcanı yenidən canlandıra bilərsiniz. Subay Şirlər isə yeni bir tanışlıqla qarşı-qarşıya qala bilər.

QIZ

Son həftə sizin üçün anlayış və emosional yaxınlığın ön plana çıxacağı bir dövr ola bilər. Tərəf müqabilinizin ehtiyaclarını daha yaxşı fərq edə və münasibətinizdə istiliyi artıra bilərsiniz. Kiçik bir jestin belə böyük bir xoşbəxtlik yarada biləcəyini unutmayın.

TƏRƏZİ

Eşq həyatınızda romantik inkişafların qapısı aralana bilər. Münasibəti olan Tərəzilər üçün duyğuları təzələyəcək xüsusi planlar gündəmə gələ bilər. Subay olanlar isə sosial mühitləri vasitəsilə diqqətçəkici bir tanışlıq yaşaya bilər.

ƏQRƏB

İntensiv duyğuların və vacib söhbətlərin ön plana çıxacağı bir həftə ola bilər. Tərəf müqabilinizlə uzun müddətdir danışmadığınız mövzuları masaya yatıra bilərsiniz. Bu söhbətlər münasibətinizdə yeni bir dövrün başlanğıcı ola bilər.

OXATAN

Məcara və yenilik axtarışınız eşq həyatınıza da əks olunacaq. Tərəf müqabilinizlə birlikdə kənar planlar qurmaq münasibətinizə hərəkətlilik qata bilər. Subay Oxatanlar üçün isə kortəbii (spontan) baş verən bir qarşılaşma həyəcanverici bir başlanğıcə çevrilə bilər.

OĞLAQ

Bu həftə münasibətinizin gələcəyinə dair düşüncələriniz dəqiqləşə bilər. Tərəf müqabilinizlə ortaq hədəflər, gələcək planları və münasibətinizin gedişatı haqqında ciddi söhbətlər edə bilərsiniz. Möhkəm təməllərə əsaslanan münasibətlərdə vacib qərarlar gündəmə gələ bilər.

DOLÇA

Eşq həyatınızda fərqlilik yaratmaq istəyiniz güclənə bilər. Tərəf müqabilinizi təəccübləndirəcək bir plan və ya gözlənilməz bir jest münasibətinizdə yeni bir həyəcan yarada bilər. Subay Dolçalar üçün adətdən kənar bir tanışlıq ehtimalı ön plana çıxır.

BALIQLAR

Son həftə emosional bağların gücləndiyi bir dövr ola bilər. Tərəf müqabilinizlə bir-birinizi daha yaxşı anlayacağınız, səmimiyyətin artacağı anlar yaşaya bilərsiniz. Subay Balıqlar isə özlərini emosional olaraq təsirləndirən biri ilə yaxınlaşa bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.