İdman

UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu

27 Avqust 2026 09:15
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində pley-off oyunları başa çatıb. Bununla da turnirin ümumi mərhələsində mübarizə aparacaq son komandaların adları müəyyənləşib.

Milli.Az xəbər verir ki, pley-offun ikinci oyun günündən sonra "Fənərbağça", AEK, "Vikinq" və "Slovan" (Bratislava) əsas mərhələyə vəsiqə qazanıblar.

Bundan əvvəl isə "Sabah", LASK və "Budyo Qlimt" ümumi mərhələdə iştirak hüququ əldə etmişdi.

Beləliklə, UEFA Çempionlar Liqasının ümumi mərhələsində 36 komanda mübarizə aparacaq:

İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul"

İspaniya: "Barselona", "Real Madrid", "Vilyarreal", "Atletiko", "Betis"

İtaliya: "İnter", "Napoli", "Roma", "Komo"

Almaniya: "Bavariya", "Borussiya", "RB Leypsiq", "Ştutqart"

Fransa: "PSJ", "Lans", "Lill"

Niderland: PSV, "Feyenoord"

Portuqaliya: "Portu", "Sportinq"

Belçika: "Brügge"

Çexiya: "Slaviya"

Türkiyə: "Qalatasaray", "Fənərbağça"

Ukrayna: "Şaxtyor"

Norveç: "Budyo Qlimt", "Vikinq"

Azərbaycan: "Sabah"

Avstriya: LASK

Yunanıstan: AEK

Slovakiya: "Slovan" (Bratislava)

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.