Hərbi möhləti olanların diqqətinə - Bu halda ləğv ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda universitetə qəbul olmayan onlarla şəxs xarici ölkələrdə bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil almağı seçir. Əyani təhsil zamanı həmin şəxslərə hərbi xidmətdən müəyyən dövr üçün möhlət verilir. Son bir ildir bir çox ölkələr Şimali Kipr universitetlərində doktorantura təhsili vədi vətəndaşlarını oraya sövq edir. Bu universitetlərdə oxuyan tələbələr isə adətən ilin müəyyən bir qismini həmin ölkədə keçirirlər, dərslərdə demək olar ki, iştirak etmirlər.
Bəs bu cür təhsil alan şəxslərə hərbi xidmət üçün verilən möhlət ləğv edilə bilərmi? Ümumiyyətlə, möhlət hansı hallarda ləğv olunur?
Milli.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Lent.az-ın sorğusuna cavab olaraq çağırışçının təhsilalmasını təsdiq edən arayışın hər növbəti tədris ili üzrə yenilənməli olduğunu bildirib:
"Müddətli həqiqi hərbi xidmətdən təhsilə görə möhlət yalnız əyani formada təhsil alan tələbələrə verilir. Xüsusən xarici ölkələrdə təhsil alan və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini davam etdirən, bununla əlaqədar qeydiyyatda olduqları Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təhsilalma barədə arayış təqdim edən çağırışçıların diqqətinə çatdırmaq istərdik ki, təhsilə görə möhlət üçün müraciət etdikdə həmin şəxs təhsil almasına dair sənədi çağırışa cəlb edildiyi ayadək (yanvar, aprel, iyul və oktyabr aylarının 1-dək) təqdim etməlidirlər. Əks təqdirdə həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bununla yanaşı xaricdə təhsil alan çağırışçılar təhsil almaları barədə sənədləri leqallaşdırmalı və ya onlara apostil verilməlidir. Bundan sonra həmin sənədlər Azərbaycan dilinə tərcümə edilməli və tərcümə natorial qaydada təsdiq olunmalıdır.
Onu da qeyd edək ki, xaricdə təhsil alan çağırışçılara təhsil almasına görə verilən möhlət onların təhsil aldığı müddətdə qüvvədə olur, lakin bunun üçün çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
DİN vətəndaşlara xəbərdarlıq etdi
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
Hərbi möhləti olanların diqqətinə - Bu halda ləğv ediləcək
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto/Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto/Video)
XƏBƏR LENTİ
-
Hörmüz boğazında gərginlik - Tanker mərmi ilə vuruldu
-
DİN vətəndaşlara xəbərdarlıq etdi
-
PSJ Dembele ilə bağlı qərarını verdi
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
“Öyle bir geçer zaman ki”nin ulduzu 371 min manatlıq qızıldan don geyindi - (Foto)
-
Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda yeni sistemin açılışı keçirilib - (Video)
-
"Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
-
"Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
-
Nigar Fərhad saxlanıldı
-
Ermənistanın sabiq prezidenti həbsə göndərildi
-
UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
-
Hərbi möhləti olanların diqqətinə - Bu halda ləğv ediləcək
-
Neft yenə ucuzlaşdı
-
Corc nişanlandı - (Fotolar)
-
Şampuna 1 çay qaşığı əlavə edin: Saç tökülməsini dayandırır, 2 dəfə sürətli uzadır
-
“Fənərbağça” 18 il sonra ÇL-nın əsas mərhələsində
-
Lokma şirniyyatı resepti
-
Yay bitmədən eşq qapını döyəcək: 5 bürcü romantik sürprizlər gözləyir
-
“Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları
-
Elm adamları təkrar emal edilmiş plastikdən peçenye istehsal etdilər
-
Tomatlı yeməklərə 1 qaşıq əlavə edin: Turşuluğ, kəskin dad aradan qalxır
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)





