Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə avqustun 26-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirə Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın övladları, valideyn himayəsindən məhrum və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.
Şənlik uşaqlara xoş və unudulmaz gün yaşatmaq, onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilinə şərait yaratmaq, hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədilə təşkil edilib.
İstirahət məkanlarına xüsusi avtobuslarla gələn uşaqlar gün ərzində müxtəlif əyləncəli proqramlarda, maraqlı oyunlarda iştirak edib, yaradıcılıq və ustad dərslərində bacarıqlarını nümayiş etdirib, rəqs edib və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçiriblər.
Dəniz kənarında, yay ab-havasında keçirilən şənlikdə uşaqlar həm də hovuzda doyunca əyləniblər.
Əyləncələrdən zövq alıb, müxtəlif oyunlarda iştirak edən uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.
Ad günləri həmin tarixə təsadüf edənlər isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.
Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
11 yaşlı Yunis Abbasov tədbirin onun üçün çox maraqlı keçdiyini bildirərək deyib: "Bu gün burada həmyaşıdlarımla birlikdə çox əyləndim. Birlikdə oyunlar oynadıq, güldük və xoş vaxt keçirdik. Ən çox dostlarımla bir yerdə olmaq mənə xoş gəldi. Belə bir tədbirdə iştirak etdiyim üçün çox sevinirəm".
10 yaşlı Murad Əzimov isə gün ərzində müxtəlif əyləncələrdə iştirak etdiyini deyib. O qeyd edib: "Bu gün mənim üçün çox gözəl keçdi. Burada çoxlu maraqlı oyunlar oldu. Dostlarımla birlikdə əyləndik, yaddaqalan gün keçirdik. Burada olduğum üçün çox sevincliyəm".
Bu cür tədbirdə ikinci dəfə iştirak etdiyini söyləyən 10 yaşlı Mədinə Əzizli isə bildirib: "İkinci dəfədir iştirak edirəm. Bu dəfə də çoxlu oynadıq, hovuzda üzdük, rəqs etdik. Dostlarımla birlikdə bütün günü maraqlı keçirdik".
Uşaqlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində həssas kateqoriyaya aid olan uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhidlərimizin bizə əmanət qalan övladları üçün mütəmadi olaraq əyləncəli proqramlar təşkil edir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakıda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - (Foto)
-
Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar
-
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlandı
XƏBƏR LENTİ
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Bakıda kişi sevgilisini qətlə yetirdi
-
Yumşalmış pomidoru dəyərləndirməyin ən ləzzətli yolları
-
Xalq artisti Simarə İmanova nəvəsi ilə Laçında - (Foto)
-
53 nömrəli marşrutun istiqaməti dəyişib
-
"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - (Foto)
-
Mehriban Əliyevanın sosial media hesablarında incəsənət məktəbinin, körpələr evi-uşaq bağçasının açılışından və Pediatriya Elmi-Tədqiqat İnstitutuna ziyarətdən görüntülər paylaşılıb (Video)
-
Bakıda üç yol ötürücüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Azərbaycandakı məscidlərin sayı açıqlandı
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto)
-
Cəlilabadda zəlzələ olub
-
"Sabah"ın tarixi uğuru xarici medianın diqqətində
-
“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artisti Vamiq Məmmədəliyev
-
Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
-
“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı - Dambrauskas hekayəsi - (Foto)
-
“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır” - Yakub Jezniçak
-
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik edib
-
Faciəvi şəkildə ölən Əfqan 6 ay əvvəl evlənibmiş (Foto)
-
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...





