“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı - Dambrauskas hekayəsi - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın "Sabah" futbol klubu İsrailin "Hapoel" komandası üzərində qələbəsi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Milli.Az qafqazinfo-ya istinadən "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskasla bağlı materialı təqdim edirik:
V.Dambrauskas 1977-ci ildə Litvanın Pakruoyis şəhərində dünyaya göz açıb. Onun futbolçu karyerası isə sadəcə həvəskar səviyyədə olub. Litva 3-cü liqasında meydana çıxan çalışdırıcı daha sonra universitetə daxil olur. Mühəndislik ixtisasına yiyələnir. Lakin onun ikinci dəfə futbola qayıtması isə "Milyonçu" şousundan başlayır. Litvada keçirilən "Sesi Nuliai - Milijonas" ("Altı sıfır - Bir milyon") yarışmasına qatılır. Burada 4 min Litva litası (3 min manat) qazanır. Dambrauskas qazandığı pulla sevgilisi (indi həyat yoldaşı olan ) İnqrida Dambrauskiene ilə İngiltərəyə köçür və London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına daxil olur.
Bundan sonra isə o, müxtəlif işlərdə çalışmağa başlayır, həm də oxuyur. V.Dambrauskas həmin vaxt "Mançester Yunayted"in futbol akademiyasına iş üçün müraciət edir və gözlənilmədən qəbul olunur. İngilis dilini yaxşı bilməsə də, bilikləri ona yol açır.
Daha sonra o, təcrübə üçün "Fulhem" və "Brentford" klublarına yollanır. Futbol biliklərini zənginləşdirdikdən sonra isə İngiltərə 9-cu liqasında mübarizə aparan "Kingsbury London Tigers" klubunun baş məşqçisi olur. Həmin vaxt həmçinin Litvanın U17, U-18, U-19 milli komandalarında çalışır.
2011-ci ildə ölkəsinin ən adlı-sanlı klublarından olan "Ekranas"dan təklif alır və orada köməkçi məşqçi kimi işləməyə başlayır. 2014-cü ildə bu klubun baş məşqçisi olsa da, buradakı karyerası qısa çəkir. Daha sonra "Jalqiris"ə yollanır. Daha sonra RFS, "Qoritsa", "Ludoqorets", "Hayduk" (Split), OFİ (Krete) kimi komandalarda çalışır. 2024-cü ildə Kiprin "Omoniya" klubu ilə Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanır. Əsas mərhələdə "Legiya"ya 0:3 hesablı məğlubiyyətdən sonra isə komandanı tərk edir. "Sabah"dan öncəki sonuncu klubu isə Macarıstanın "Dioşdyör" komandası olur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Sabah"ın tarixi uğuru xarici medianın diqqətində
-
“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı - Dambrauskas hekayəsi - (Foto)
-
“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır” - Yakub Jezniçak
-
Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...
-
"Mançester Siti" 100 milyon avroluq futbolçu aldı
-
Rusiyada 14 yaşlı basketbolçu qəfil öldü
XƏBƏR LENTİ
-
Bakıda üç yol ötürücüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Azərbaycandakı məscidlərin sayı açıqlandı
-
Cəlilabadda zəlzələ olub
-
"Sabah"ın tarixi uğuru xarici medianın diqqətində
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artisti Vamiq Məmmədəliyev
-
Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
-
“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı - Dambrauskas hekayəsi - (Foto)
-
“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır” - Yakub Jezniçak
-
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik edib
-
Faciəvi şəkildə ölən Əfqan 6 ay əvvəl evlənibmiş (Foto)
-
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...
-
Bakıda küçədən 42 yaşlı kişinin meyiti tapıldı
-
Xalq artisti nəvəsi ilə fotosunu yaydı
-
Azərbaycan XİN Pakistana başsağlığı verdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto)
-
Anasını qətlə yetirən Emilə hökm oxundu
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakıda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
"Mançester Siti" 100 milyon avroluq futbolçu aldı
-
Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – (Video)
-
Balakəndə avtomobil dirəyə çırpıldı - Xəsarət alanlar var





