Kişilər niyə qadınlardan az yaşayır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda kişilərin gözlənilən ömür uzunluğu qadınlarla müqayisədə daha aşağıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74,9 il, qız uşaqları üçün isə 79,3 il olub. 2024-cü illə müqayisədə bu göstərici oğlanlarda 0,4 il, qızlarda isə 0,1 il artıb.
Müqayisə üçün, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68,6 il, qızlarda isə 75,1 il təşkil edib.
Bəs kişilərin ömrünün qadınlardan daha qısa olmasının səbəbi nədir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı "Bakupost"a səhiyyə eksperti, nevroloq Qalib Əsədov bildirib ki, bu, təkcə Azərbaycanda belə deyil. Onun sözlərinə görə, tarixin bütün dövrlərində və bütün cəmiyyətlərdə kişilərin ömrü qadınlara nisbətən daha qısa olub:
"Bunun bir çox səbəbləri var. Birincisi, genetik faktordur. Qadınlarda iki X xromosomu, kişilərdə isə X və Y xromosomları var. Bu iki X xromosomu müxtəlif genetik xəstəliklərin qadınlarda üzə çıxmasının qarşısını alır.
Daha sonra qadınlarda olan estrogen hormonu damar endotelini qoruyur. Nəticədə qadınlarda insult kimi xəstəliklərə daha az rast gəlinir. Kişilərdə isə estrogenin səviyyəsi çox aşağıdır. Ona görə damar mənşəli pozğunluqlar kişilərdə daha tez baş verir və infarkt, insult kimi xəstəliklər yaranır.
Bundan başqa, kişilər zərərli vərdişlərə daha çox meyillidirlər. Siqaret çəkmək, alkoqol və müxtəlif riskli işlər də buna təsir edir. Kişilərin həyatı daha təhlükəlidir. Məsələn, müharibələrdə və dövlət işlərində daha riskli sahələrdə işləyirlər. Qadınlarda isə bu risk və stress faktoru daha azdır. Ona görə də kişilərin ömrü qadınlara nisbətən daha qısadır və bu hal bütün dünyada, tarixin bütün dövrlərində müşahidə olunub".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
XƏBƏR LENTİ
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)
-
İran ABŞ-nin şərtlərinə cavab verib
-
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
-
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
-
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq





