Anasını qətlə yetirən Emilə hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri bitdikdən sonra sənədlərin tədqiqinə başlanılıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prosesin çıxışlar mərhələsində prokuror dövlət ittihamının müdafiəsi zamanı Emil Ağayevin 19 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Milli.Az unikal-a istinadən xəbər verir ki, zərərçəkənin hüquqi varisi, yəni Emil Ağayevin bacısı isə məhkəmədən qardaşına ömürlük cəza verilməsini istəyib.
Son söz zamanı Emil Ağayev hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyərək məhkəmədən buna görə ona yüngül cəza verilməsini xahiş edib.
Müşavirədən sonra hökm elan edilərək Emil Ağayev 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2025-ci il yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, Emil Ağayev hadisəni qısqanclıq zəminində törədib.
Faktla bağlı Emil Ağayev barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Faciəvi şəkildə ölən Əfqan 6 ay əvvəl evlənibmiş (Foto)
-
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...
-
Bakıda küçədən 42 yaşlı kişinin meyiti tapıldı
-
Xalq artisti nəvəsi ilə fotosunu yaydı
-
Azərbaycan XİN Pakistana başsağlığı verdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto)
-
Anasını qətlə yetirən Emilə hökm oxundu
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakıda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
"Mançester Siti" 100 milyon avroluq futbolçu aldı
-
Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – (Video)
-
Balakəndə avtomobil dirəyə çırpıldı - Xəsarət alanlar var
-
Rusiyada 14 yaşlı basketbolçu qəfil öldü
-
11 məşhur avtomobil modelinin istehsalı dayandırılır
-
Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - (Foto)
-
Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar
-
Xəzər dənizi geri çəkildi, yeni ada yarandı
-
Xoşqədəm Hidayətqızının makiyajsız görüntüsü diqqət çəkdi – (Video)
-
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Pis yuxu insan beynini qocaldır?
-
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlandı





