Dünya

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib

26 Avqust 2026 14:25
Baxış: 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskı "Azadlıq Ordeni" ilə təltif edib.

Ukrayna Prezidentinin rəsmi portalında dərc olunan fərmana əsasən, amerikalı iş adamı bu mükafata insanların həyatının və azadlığının qorunmasındakı müstəsna şəxsi xidmətlərinə, habelə Ukrayna və Amerika Birləşmiş Ştatları xalqları arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, "Azadlıq Ordeni" Ukraynanın suverenliyinin möhkəmləndirilməsi, demokratiyanın və insan hüquqlarının müdafiəsi istiqamətində xüsusi xidmətləri olan şəxslərə və xarici vətəndaşlara təqdim edilən en ali dövlət təltiflərindən biridir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.