Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) müstəqil hərbi qüvvə kimi fəaliyyətini dayandırıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə SDQ-nin komandanı Məzlum Əbdi məlumat verib.
Əbdi bildirib ki, qrupun missiyası başa çatıb və onun ayrıca hərbi struktur kimi ləğvi ilə yanaşı, qüvvələrin Suriya dövlət qurumlarına inteqrasiyası tamamlanıb.
"Bu gün Suriya Demokratik Qüvvələrinin missiyasının başa çatdığını elan edirik və onun müstəqil hərbi qüvvə kimi ləğvini rəsmən bildiririk", - deyə Əbdi açıqlayıb.
Məlumata görə, Əbdi Dəməşqdə Suriya Prezidenti Əhməd əl-Şaraa və digər rəsmilərlə hərbi, təhlükəsizlik və inzibati məsələlərin müzakirəsinə dair danışıqlar aparıb.
SDQ-nin ləğvi bu ilin əvvəlində əldə olunan razılaşma çərçivəsində həyata keçirilib. Razılaşmaya əsasən, kürd qüvvələrinin Suriya dövlətinin hərbi və digər strukturlarına mərhələli şəkildə inteqrasiyası nəzərdə tutulurdu.
Qeyd edək ki, SDQ 2015-ci ildə ABŞ-ın dəstəyi ilə yaradılıb və Suriyada İŞİD-ə qarşı mübarizədə Vaşinqtonun əsas tərəfdaşlarından biri olub. Qrup uzun müddət ölkənin şimal və şərqində geniş ərazilərə nəzarət edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanın bank sektorunda artım - Aktivlər 9,5% yüksəldi
-
“iPhone 18” bu rənglərdə olacaq - (Foto)
-
Şabranda ağır qəza: Ölən var
-
Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi
-
Aysel başına gələn hadisəni danışdı: “Bəzi kişilər, niyə beləsiniz?” - (Video)
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə
-
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü - (Video)





