Dünya

Koçaryanın oğlu həbs olundu

26 Avqust 2026 09:53
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryan iki aylıq həbs edilib.

Milli.Az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu barədə onun vəkili Aleksandr Koçubayev açıqlama verib.

Vəkil bildirib ki, Sedrak Koçaryanın görüşlərinə də məhdudiyyət qoyulub. O, yalnız həyat yoldaşı və övladları ilə əlaqə saxlaya biləcək.

Xatırladaq ki, Ermənistanın Antikorrupsiya Komitəsi daha əvvəl Robert Koçaryan və oğlunun İrəvanda saxlanıldığını açıqlamışdı.

İstintaq çərçivəsində Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında ittiham olunur.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.