Səhv karta göndərilən pul necə geri alınır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur.
Milli.Az xəbər verir ki, bank eksperti Emin Kərimov "Demokrat.az"a açıqlamasında məsələ ilə bağlı konkret və vahid prosedurun olmadığını bildirib.
Onun sözlərinə görə, pul köçürməsi adətən şəxsin öz iradəsi və razılığı əsasında həyata keçirildiyi üçün belə əməliyyatlarda bankın müdaxilə imkanları məhdud olur.
Ekspert qeyd edib ki, vətəndaş banka müraciət edərək vəsaitin səhv köçürüldüyünü bildirə və onun geri qaytarılmasını tələb edə bilər. Lakin bank qarşı tərəfin hesabından həmin məbləği birtərəfli qaydada silə bilməz.
"Əgər vəsaiti alan şəxs onu geri qaytarmaq istəyirsə, bunu könüllü şəkildə edə bilər. Ancaq həmin şəxs pulu artıq hesabından çıxarıbsa, xərcləyibsə və ya geri qaytarmaqdan imtina edirsə, bankın ona qarşı birbaşa təsir imkanları məhduddur. Hazırda qanunvericilikdə belə hallarda vəsaitin avtomatik və məcburi qaydada geri qaytarılmasını təmin edən vahid mexanizm yoxdur", - deyə Kərimov bildirib.
Ekspert vətəndaşlara pul köçürərkən kart və hesab məlumatlarını diqqətlə yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bir sıra kart köçürmələri zamanı qarşı tərəfin ad və soyadının baş hərflərinin göstərilməsi də vəsaitin düzgün şəxsə göndərildiyini yoxlamağa imkan verir.
Kərimov vurğulayıb ki, səhv köçürülmüş pulun geri qaytarılması hazırda əsasən vəsaiti alan şəxsin iradəsindən asılıdır. Bununla yanaşı, gələcəkdə qanunvericilikdə xüsusi mexanizmin yaradılması bu cür halların həllini asanlaşdıra bilər.
Ekspert belə bir mexanizmin hazırlanmasının müəyyən çətinliklər doğura biləcəyini də qeyd edib. Belə ki, könüllü şəkildə həyata keçirilmiş köçürmənin sonradan "səhv köçürmə" kimi təqdim edilməsi mümkündür. Buna görə də gələcək prosedur həm vəsaiti göndərən, həm də alan şəxsin hüquqlarını qoruyacaq şəkildə hazırlanmalıdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
Azərbaycanda güclü külək başlayır - Narıncı xəbərdarlıq verildi
-
Təhsil müəssisələrində çalışmaq istəyənlərin nəzərinə: İşə qəbul müsabiqəsinə start verilir
-
Tunel tikintisi küçəni dəyişib: Sakinlər 2 ildir avtobus gözləyir
XƏBƏR LENTİ
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü
-
Məşhur türk serialı ilə bağlı qərar verildi
-
Niderlandlı ulduz "Beşiktaş"a transfer olundu
-
Koçaryanın oğlu həbs olundu
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı





