Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol qapılarının 7,32 metr enində və 2,44 metr hündürlüyündə olması ilk baxışdan dəqiq hesablanmış xüsusi rəqəmlər kimi görünür. Əslində isə bu ölçülərin yaranmasının səbəbi olduqca sadədir.
Milli.Az xəbər verir ki, futbolun ilk rəsmi qaydaları İngiltərədə hazırlandığı üçün qapının ölçüləri də həmin dövrdə istifadə olunan Britaniya ölçü sistemi ilə müəyyən edilib. Qapının eni 8 yard, hündürlüyü isə 8 fut olaraq qəbul olunub. Bu ölçülər sonradan metrik sistemə çevriləndə müvafiq olaraq 7,32 metr və 2,44 metr alınıb.
Qapının 8 yard, yəni 7,32 metr eni 1863-cü ildə İngiltərə Futbol Assosiasiyasının ilk qaydalarında təsbit edilib. Həmin vaxt qapının hündürlüyü üçün konkret ölçü yox idi və qapılar sadəcə iki şaquli dirəkdən ibarət idi.
1866-cı ildə isə qapının hündürlüyü 8 fut, yəni 2,44 metr müəyyənləşdirilib. İlk vaxtlar dirəklərin arasına bu hündürlükdə lent çəkilirdi. Sonradan lent sərt tir ilə əvəz olunub və müasir futbol qapısının forması yaranıb.
Maraqlıdır ki, futbolçuların, xüsusilə də qapıçıların orta boyu ötən əsrlə müqayisədə xeyli artsa da, qapının ölçüləri dəyişməyib. Müasir qapıçıların bir çoxunun boyu 190 santimetrə yaxın və ya daha çoxdur.
Buna baxmayaraq, futbol qaydalarını müəyyən edən qurumlar qapının ölçüsünü böyütməyi məqsədəuyğun hesab etmirlər. Səbəb isə oyundakı tarazlığın qorunmasıdır. Qapıların böyüdülməsi vurulan qolların sayını əhəmiyyətli dərəcədə artıra və futbolun oyun xarakterini dəyişə bilər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
XƏBƏR LENTİ
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)
-
"Bayquşlar" tarix yazdı - Yenilənib - (Video)
-
Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu





