Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyib olunub.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb.
O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, R.Əsədullayev 1983-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Tibb Universitetinə daxil olub, Pediatriya fakültəsində təhsil alıb.
2015-2017-ci illərdə FHN-nin Mülki müdafiə qoşunlarında tibb məntəqəsinin həkimi vəzifəsində çalışıb. 2017-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Sənayə təbabəti şöbəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi vəzifəsində işləyib.
2017-ci ildə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim vəzifəsində çalışıb. 2017-ci ildə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimi vəzifəsində fəaliyyət göstərib.
2018-ci ildə Ankara şəhəri Başkənt Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsində assistant həkim işləyib.
2019-cu ildə Moskva şəhərində "Uşaqlarda reanimasion tədbirlər" adlı, 2021-ci ildə isə Ukraynanın Dnepr şəhərində İ.Meçinkov adına xəstəxanada "Təcili Yardımın Təşkili" adlı təkminləşdirmə kursu keçib. R.Əsədullayev müxtəlif elmi konfransların, tədbirlərin iştirakçısı olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Hapoel" hesabı açdı - Yenilənir - (Video)
-
Şəhid Arəstə Baxışovanın övladı xaricdə təhsil alacaq
-
Köçəryan məhkəməyə təqdim olunacaq
-
Elgiz Əkbər bu verilişlə qayıdır - (Video)
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu
-
Novxanıda avtomobil marketə çırpılıb - (Video)
-
Elxan Mütəllimova vəzifə verildi
-
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
“Aşk-ı Memnu”nun “Nihat”ı qızı ilə - (Foto)
-
Tramp Hörmüzlə bağlı İrana xəbərdarlıq edib
-
Əliağa Kürçaylının nəvəsinə məxsus əmlaka həbs qoyuldu
-
Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı
-
Yevlaxda qaz olmayacaq
-
Xuraman Şuşalı 10 kiloqram arıqladı - (Video)
-
Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu - (Foto)
-
Bakıda yubiley “ SALAM ” Beynəlxalq YeniyetməFilm Festivalının açılışı olub - (Foto)
-
Azərbaycanda güclü külək başlayır - Narıncı xəbərdarlıq verildi
-
Təhsil müəssisələrində çalışmaq istəyənlərin nəzərinə: İşə qəbul müsabiqəsinə start verilir
-
Məhkəmə zalından azadlığa buraxılan sabiq rəis barədə yeni qərar
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
Tunel tikintisi küçəni dəyişib: Sakinlər 2 ildir avtobus gözləyir
-
Stadion ətrafında avtobuslarla bağlı qərar
-
Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi - (Video)





