İdman

Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"

26 Avqust 2026 00:33
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Çox möhtəşəm gecədir. Bu atmosfer üçün bütün azarkeşlərə təşəkkür edirəm".

Milli.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib.

O, bildirib ki, futbolçuları möhtəşəm oyun nümayiş etdiriblər:

"Bu, mənim karyeramda çalışdırdığım ən yaxşı komandadır. Onlar ən çətin məqamda işin öhdəsindən gəldilər. Sona kimi mübarizə apardılar və qələbəyə həmişə inandılar. Mən bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Sabah" - "Hapoel Beer-Şeva" matçı təmsilçimizin 5:2 (ilk oyun - 1:2) hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Sabah" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.