Cəmiyyət

Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)

26 Avqust 2026 11:03
Baxış: 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Bu barədə Prezident İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub.

""Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir. "Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.