Cəmiyyət

10-cu siniflər üzrə elektron yerdəyişmə başlayır - Tarix

26 Avqust 2026 14:50
Baxış: 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026-2027-ci tədris ili üzrə 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.

Qeyd olunub ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.