Dünya

Prosineçki istefaya göndərildi

26 Avqust 2026 14:12
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin Qırğızıstan yığmasındakı fəaliyyəti başa çatıb.

Milli.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qırğızıstan millisindən ayrılıb. Bu barədə ölkənin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Prosineçki ötən ilin dekabrından Qırğızıstan yığmasına rəhbərlik edirdi. Onun baş məşqçi kimi keçirdiyi 4 oyunda komanda 2 heç-heçə edib, 2 matçda isə məğlub olub. Sözügedən qarşılaşmaların hamısı yoldaşlıq görüşləri olub.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.