Bakıda üç yol ötürücüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə bir sıra mühəndis qurğularında instrumental müayinələr aparılacaq.
Milli.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən "Karl Marks" yol ötürücüsündə müayinə keçiriləcək. Müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.
Avqustun 27-dən 28-nə keçən gecə və 28-i səhər saatlarınadək isə Pirşağı dəmir yolu üzərində yerləşən "Pirşağı", Ceyhun Səlimov küçəsində yerləşən "Papanin" və Bakıxanov küçəsində yerləşən "Bakıxanov" yol ötürücülərində instrumental müayinələr aparılacaq.
Qeyd olunan yol ötürücülərində müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti isə müvəqqəti məhdudlaşdırılacaq.
İnstrumental müayinələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.
"Bildiririk ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.
Sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş olunur," - qurumun məlumatında qeyd olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Bakıda kişi sevgilisini qətlə yetirdi
-
Yumşalmış pomidoru dəyərləndirməyin ən ləzzətli yolları
-
Xalq artisti Simarə İmanova nəvəsi ilə Laçında - (Foto)
-
53 nömrəli marşrutun istiqaməti dəyişib
-
"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - (Foto)
-
Mehriban Əliyevanın sosial media hesablarında incəsənət məktəbinin, körpələr evi-uşaq bağçasının açılışından və Pediatriya Elmi-Tədqiqat İnstitutuna ziyarətdən görüntülər paylaşılıb (Video)
-
Bakıda üç yol ötürücüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Azərbaycandakı məscidlərin sayı açıqlandı
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto)
-
Cəlilabadda zəlzələ olub
-
"Sabah"ın tarixi uğuru xarici medianın diqqətində
-
“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artisti Vamiq Məmmədəliyev
-
Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
-
“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı - Dambrauskas hekayəsi - (Foto)
-
“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır” - Yakub Jezniçak
-
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik edib
-
Faciəvi şəkildə ölən Əfqan 6 ay əvvəl evlənibmiş (Foto)
-
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
-
Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...





