Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
"Sabah" futbol klubu komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə qazanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikinə görə təşəkkürünü bildirib.
Milli.Az xəbər verir ki, Bakı klubu turnirin pley-off mərhələsində İsrailin Beer-Şeva şəhərinin "Hapoel" komandası üzərində qələbədən sonra Prezident İlham Əliyevə müraciət yayımlayıb.
"Möhtərəm cənab Prezident,
"Sabah" Futbol Klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsinə göstərdiyiniz yüksək diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Sizin təbrikiniz komandamız üçün bu qələbənin sevincini daha da artırdı.
Sizin Azərbaycan idmanına, o cümlədən futbolun inkişafına göstərdiyiniz davamlı diqqət və qayğınız, idman klublarının inkişafı üçün yaradılmış imkanlar bu cür tarixi nailiyyətlər üçün böyük stimul verir, məsuliyyətimizi daha da yüksəldir.
Ölkəmizi Avropanın ən mötəbər futbol turnirində layiqincə təmsil etmək, Azərbaycan futbolunun adını daha da yüksəklərə qaldırmaq üçün bundan sonra da əzmlə mübarizə aparacağıq.
Nəticə etibarilə, biz sonadək mübarizə aparmaq, qələbəyə inanmaq əzmini Sizdən öyrənirik. Azərbaycan xalqının böyük qələbələrinin yaradıcısı kimi, biz də öz gücümüzü və İLHAMımızı Sizdən alırıq.
"Sabah" Futbol Klubu adından göstərdiyiniz yüksək diqqətə görə bir daha dərin təşəkkürümüzü bildiririk", - deyə müraciətdə qeyd edilib.
Xatırladaq ki, qarşılaşmanın ilk oyununda "Sabah" "Hapoel"ə 1:2 hesabı ilə məğlub olub, Bakıda keçirilən cavab görüşündə isə 5:2 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Mehriban Əliyevanın sosial media hesablarında incəsənət məktəbinin, körpələr evi-uşaq bağçasının açılışından və Pediatriya Elmi-Tədqiqat İnstitutuna ziyarətdən görüntülər paylaşılıb (Video)
-
Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
-
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik edib
-
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
XƏBƏR LENTİ
-
Sabah Cəlilabadda işıq olmayacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Bakıda kişi sevgilisini qətlə yetirdi
-
Yumşalmış pomidoru dəyərləndirməyin ən ləzzətli yolları
-
Xalq artisti Simarə İmanova nəvəsi ilə Laçında - (Foto)
-
53 nömrəli marşrutun istiqaməti dəyişib
-
"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - (Foto)
-
Mehriban Əliyevanın sosial media hesablarında incəsənət məktəbinin, körpələr evi-uşaq bağçasının açılışından və Pediatriya Elmi-Tədqiqat İnstitutuna ziyarətdən görüntülər paylaşılıb (Video)
-
Bakıda üç yol ötürücüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Azərbaycandakı məscidlərin sayı açıqlandı
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto)
-
Cəlilabadda zəlzələ olub
-
"Sabah"ın tarixi uğuru xarici medianın diqqətində
-
“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artisti Vamiq Məmmədəliyev
-
Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
-
“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı - Dambrauskas hekayəsi - (Foto)
-
“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır” - Yakub Jezniçak
-
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik edib
-
Faciəvi şəkildə ölən Əfqan 6 ay əvvəl evlənibmiş (Foto)





