İdman

Dani Bolt Medinanın komanda yoldaşı olacaq

26 Avqust 2026 21:11
Baxış: 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" daha bir legioneri ilə vidalaşmağa yaxındır.

Milli.Az Futbolinfo.az-a istinadla xəbər verir ki, Dani Bolt Ağdam klubundan ayrılmağa qərar verib.

27 yaşlı futbolçu Malayziyanın "Johor" klubu ilə anlaşıb. "Qarabağ"ın Boltla vidanı tezliklə açıqlaması gözlənilir.

Xatırladaq ki, Bolt 2025-ci ilin yayında qoşulduğu "Qarabağ"da 42 oyuna 1 qol və 3 assist müəllifi olub.

Dani Bolt yeni klubunda keçmiş komanda yoldaşı Kevin Medina ilə birgə çıxış edəcək. O da bu il Ağdam klubundan "Johor"a keçmişdi. Malayziya klubunda Azərbaycan yığmasının sabiq üzvü Eddi İsrafilov da forma geyinir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.