Ölkə

Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib

27 Avqust 2026 00:36
Baxış: 1 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 27-də paytaxtda bir sıra transformator məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov küçələri və İnşaatçılar prospektinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Fətəli xan Xoyski, Faiq Yusifov, Əliyar Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin 6 kV-luq elektrik xətlərinin yenilənməsi ilə əlaqədar planlı fasilə saat 09:00-dan 15:00-dək Səbail rayonunun Murtuza Muxtarov, Ömər Faiq Nemanzadə küçələri və Bibiheybət kəndinin bir hissəsini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

--------
Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Milli.Az-ın məlumatına görə, buna səbəb 35 kV-luq "Göytəpə" yarımstansiyasına gələn hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə sabah saat 11:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 8270 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.