Mədəniyyət

Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır

14 Oktyabr 2026 22:53
Baxış: 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq.

Yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət, həyəcan və unudulmaz emosiyalarla dolu möhtəşəm şou vəd edir.

Proqramda dünyanın müxtəlif ölkələrindən olan peşəkar artistlər iştirak edəcəklər. Möhtəşəm at nömrələri, qorxmaz braziliyalı kaskadyorlar, beynəlxalq mükafatlara layiq görülmüş hava gimnastları, dünyanın müxtəlif arenalarında tamaşaçıların rəğbətini qazanmış akrobatlar və hər kəsin sevimlisi olan kloun bir arenada çıxış edəcəklər.

Hər bir nömrə yüksək peşəkarlıq, cəsarət, sürət və dəqiqliyin vəhdətini nümayiş etdirəcək. "The World of Adrenaline" tamaşaçılara əsl böyük sirk atmosferini yaşadacaq.

Tədbirin təşkilatçısı, "Sirk Oskarı" mükafatının laureatı Allahverdi İsrafilov ənənəsinə sadiq qalaraq, proqramın ilk gününü xeyriyyə məqsədilə təşkil edəcək. Oktyabrın 17-də keçiriləcək tamaşalar valideyn himayəsindən məhrum olan uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları üçün ödənişsiz təqdim olunacaq. Bu təşəbbüsün əsas məqsədi uşaqlara sevinc bəxş etmək və onlara unudulmaz anlar yaşatmaqdır.

"The World of Adrenaline" proqramı 17 oktyabr - 29 noyabr tarixlərində Circus Sea Breeze arenasında keçiriləcək. Tamaşalar hər həftənin şənbə və bazar günləri saat 12:30 və 15:30-da təqdim olunacaq.

Biletlərin qiyməti 15 AZN-dən başlayır. Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metro stansiyasından Circus Sea Breeze-ə və geri xüsusi avtobus transferi təşkil olunacaq.

Biletləri şəhərin bütün kassalarından və https://iticket.az/events/circus/the-world-of-adrenaline-circus454 saytından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az


 


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.