Şou-biznes

"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı

14 Oktyabr 2026 23:05
Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli aparıcı Ebru Şallı "Empati" proqramında 2020-ci ildə 9 yaşlı oğlu Parsı itirməsindən danışarkən ağlayıb.

Milli.Az xəbər verir ki, aparıcı illər sonra oğlunun müalicəsi zamanı yaşadıqlarından söz açıb. Şallı oğluna uyğun sümük iliyi tapılmadığını və özünün donor olduğunu bildirib:

"Oğluma sümük iliyi verdim, amma əslində uyğunluq yox idi. Harunun da, mənim də, Berenin də sümük iliyi uyğun gəlmədi. Çünki DNT yoxlanılır. Həkimlər adətən 10-da 10 uyğunluq axtarırlar, hətta 10-da 9 uyğunluğu belə nəzərdən keçirirlər.

Bu da Allahın verdiyi bir şeydir, həqiqətən çox qəribədir. Mən ona sümük iliyi verdim və 100 faiz uyğun gəldi. Bu, çox böyük uğur idi, möhtəşəm bir şeydir. Belə bir nəticənin əldə olunmasına həkimlər də daxil olmaqla hamı çox təəccübləndi".

Onun sözlərinə görə, bu müalicə Parsın ömrünü daha 8-10 ay uzadıb. "Pars mənə dedi ki, "Ana, sən məni yenidən dünyaya gətirdin" deyə bildirən Şallı göz yaşlarını saxlaya bilməyib.

Proqram zamanı Ahmet Mümtaz Taylanın "Kiçik Ebru ilə qarşılaşsaydın, ona nə demək istəyərdin" sualına Şallı "Nəyisə dəyişə bilərəmmi?" deyə cavab verib. Aparıcının "bəli" cavabından sonra ağlayaraq belə deyib:

"Pars getməsin. Getməməli idi, amma getdi". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.