İqtisadiyyat

Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)

14 Oktyabr 2026 21:20
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mərkəzi Bankın ödəniş xidmətləri  və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi Rəşad Qasımov bildirib ki, yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib.

Banklararası Kart Mərkəzində emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib. Milli valyutada köçürmələrə görə xidmət haqqı məbləğdən asılı olaraq dəyişir: 100 manatadək 3 qəpik, 100-1 000 manat arası 10 qəpik, 1 000-10 000 manat arası 50 qəpik, 10 000-40 000 manat arası 2 manat, 40 000 manatdan yuxarı isə 4 manat təşkil edir. 

Hökumət Ödəniş Portalı üzrə köçürmələrdə xidmət haqqı 100 manatadək 3 qəpik, 100-1 000 manat arası 10 qəpik, 1 000-10 000 manat arası 1 manat, 10 000-40 000 manat arası 4 manat, 40 000 manatdan yuxarı isə 8 manat olacaq.

Dollar və avro ilə kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə də xidmət haqları təsdiq edilib. Belə ki, 100 vahidədək əməliyyatlarda 0,03,  1000 vahidədək əməliyyatlarda 0,10,  10 min vahidədək əməliyyatlarda 0,50, 40 min vahidədək əməliyyatlarda 2, daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub.

Müvafiq xidmət haqqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.