İdman

Çempionlar Liqasının püşkatmasında yeni qayda

26 Avqust 2026 22:38
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasında yeni qayda tətbiq edəcək.

Milli.Az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, UEFA eyni qarşılaşmanın ardıcıl üç mövsüm eyni stadionda keçirilməsinin qarşısını almaq üçün dəyişiklik edib.

Bu səbəbdən "Liverpul" və "Real"ın bu mövsüm Anfilddə qarşılaşması mümkün olmayacaq. Madrid təmsilçisi son iki mövsümdə Çempionlar Liqası çərçivəsində ardıcıl olaraq "Liverpul"un qonağı olub. İngiltərə klubu həmin görüşlərdə müvafiq olaraq 2:0 və 1:0 hesablı qələbə qazanıb.

Yeni qaydaya əsasən, eyni komandanın üçüncü dəfə ardıcıl olaraq eyni stadionda qarşılaşmasının qarşısı alınacaq. Bununla yanaşı, "Liverpul" və "Real"ın bu mövsüm Santyaqo Bernabeuda üz-üzə gəlməsi mümkündür.

Qeyd edək ki, bu qayda yalnız Çempionlar Liqasının əsas mərhələsinə şamil olunur və pley-off qarşılaşmalarına aid edilmir. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.