Dünya

Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb

26 Avqust 2026 22:53
Baxış: 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rasuva rayonunda güclü daşqın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, 41 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu barədə polisin son hesabatında bildirilir.

Məlumata görə, ən çox ölüm halı Çitvandadır, orada 64 cəsəd aşkarlanıb, Dhadinq rayonunda 27 nəfər, Navalparasidə isə 22 nəfər ölüb. Xəstəxanalara 41 nəfər çatdırılıb.

Nepal Turizm Nazirliyinin məlumatına görə, təxminən 403 turist itkin düşüb, onlardan 341-i əcnəbidir.

Axtarış-xilasetmə əməliyyatında 3,3 min polis əməkdaşı iştirak edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.