İdman

Raheem Sterlinq ikiillik həbs edilə bilər

26 Avqust 2026 23:20
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərə millisinin keçmiş hücumçusu Raheem Sterlinq maşını təhlükəli idarə etdiyi üçün iki ilə qədər azadlıqdan məhrum edilə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun sentyabrın 15-də Beyzinqstok məhkəməsi qarşısına çıxacağı gözlənilir.

Hempşir qraflığının polis nümayəndəsinin verdiyi məlumata görə, Sterlinq avtomagistralda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmədə cavab verəcək.

Qeyd edək ki, Sterlinqin son klubu Niderlandın "Feyenoord" komandası olub. O, karyerası ərzində "Liverpul", "Mançester Siti", "Çelsi" və "Arsenal"ın şərəfini qoruyub, "Siti"nin heyətində 4 dəfə Premyer Liqa çempionu olub. İngiltərə millisinin heyətində keçirdiyi 82 oyunda 20 qola imza atan təcrübəli hücumçu Avro-2020-nin gümüş mükafatçısıdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.