Məleykə Abbaszadədən abituriyentlərə çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərə ali məktəblərdə boş qalan yerlər və orta ixtisas təhsili müəssisələri üzrə seçim zamanı imkanlarını düzgün qiymətləndirməyi tövsiyə edib.
Milli.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Məleykə Abbaszadə bildirib ki, ali məktəblərə əsas yerləşdirmə zamanı bu il müsabiqədə 87 146 nəfər iştirak edib, 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul planı 97,07 faiz dolub. Ötən illə müqayisədə tələbə adını qazananların sayı 1711 nəfər artıb.
DİM sədri qeyd edib ki, müxtəlif ixtisas qrupları və ixtisaslar üzrə rəqabət səviyyəsi ciddi fərqlənib. I və II ixtisas qruplarında müsabiqə vəziyyəti daha əlverişli olsa da, III və xüsusilə IV qruplarda bəzi ixtisaslar üzrə yüksək rəqabət yaranıb.
Onun sözlərinə görə, abituriyentlər ötən ilin keçid balını builki qəbul üçün təminat kimi qəbul etməməlidirlər. Keçid balı əvvəlcədən müəyyən edilmir və həmin il ixtisasa müraciət edənlərin nəticələri, sayı və plan yerlərindən asılı olaraq müsabiqənin sonunda formalaşır.
Məleykə Abbaszadə boş qalan yerlər üzrə seçim mərhələsində abituriyentlərin daha geniş imkanlara malik olduğunu vurğulayıb. Abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər. Seçim siyahısına 20-dək ixtisas kodu daxil etmək mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
DİM sədri bildirib ki, ali məktəblərin boş qalan yerlərinə qəbul zamanı müvafiq ixtisas qrupu üzrə birinci və ikinci mərhələnin ümumi nəticəsi, orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı isə yalnız buraxılış imtahanının ümumi balı nəzərə alınır.
O qeyd edib ki, "Abituriyent" jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub. Bu yerlər iqtisadiyyat, maliyyə, idarəetmə, turizm, logistika, İT, texnika, səhiyyə, aqrar, sosial-humanitar, pedaqoji, incəsənət və digər istiqamətləri əhatə edir.
Məleykə Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsili ali məktəbə qəbul ola bilməyənlər üçün yalnız ehtiyat variant kimi qiymətləndirilməməlidir. Kolleci bitirərək subbakalavr dərəcəsi alan şəxslərin sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilə müsabiqə yolu ilə davam etmək hüququ da var.
"'Mütləq ali məktəbə qəbul olmalıyam' düşüncəsi ilə təsadüfi ixtisas seçmək düzgün deyil. Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər", - DİM sədri vurğulayıb.
Məleykə Abbaszadə abituriyentlərə seçim zamanı özlərinə "Mən bu ixtisasa qəbul olsam, həqiqətən burada oxumağa hazıram?" sualını verməyi tövsiyə edib.
"Məqsəd hər hansı yolla tələbə olmaq deyil. Məqsəd sizin qabiliyyətinizə, marağınıza və gələcək planlarınıza uyğun təhsil yolunu seçməkdir", - DİM sədri bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
XƏBƏR LENTİ
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq
-
Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı - (Video)
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi
-
Stiven Siqal dördüncü dəfə boşandı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Vladimir Baranov vəfat etdi
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu
-
Goranboyda həkim dərmandan zəhərləndi
-
Konqoda Ebola təhlükəsi böyüyür: 8728 yoluxma, 4205 ölüm





