Dünya

İran İsrailə 50 ballistik raket atdı

15 İyun 2025 19:12
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran tərəfindən İsrailə 50 ballistik raket atılıb. İsrail ordusu Təl-Əviv, Yerusalim və Hayfa şəhərlərində əhalini dərhal sığınacaqlara getməyə çağırıb.

Milli.Az xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışır və şəhərlərdə həyəcan siqnalı çalınır.

Eyni zamanda, Tehran polisinin mərkəzi ofisi bombalanıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Raketlərdən biri İran parlamentinin yaxınlığına düşüb və mülki əhali arasında itkilər var.

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İsrail bombardmanı dayandırmasa, daha ağır zərbələr alacaq.

İsrailin baş naziri Benyamin Netanyahu isə vurğulayıb ki, cavab ağır olacaq. O əlavə edib ki, İran İsraili yer üzərindən silməyə çalışır, lakin buna nail olmayacaq və bu müharibədə İsrail qalib gələcək.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.