Dünya

“Bunu borc kimi qəbul etməyəcəyik” - Zelenski

29 Mart 2025 00:30
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna ABŞ-dən əvvəlki çərçivə sənədindən tamamilə fərqli olan kritik faydalı qazıntılar üzrə yeni saziş layihəsi alıb.

"Ukrayna ABŞ-dən faydalı qazıntılar üzrə yeni saziş layihəsini alıb. Bu, əvvəlki çərçivə sazişindən tamamilə fərqli bir sənəddir. Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq. Biz dəstəyə görə minnətdarıq, lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik", - Ukrayna lideri qeyd edib.

Bundan əvvəl "Evropeyskaya pravda" nəşri yazıb ki, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Onun məbləği 120 milyard dolları keçə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.