"Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Konor Makqreqorun fanatıyam".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın Baş naziri Mixol Martin ilə keçirdiyi görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Sizin döyüşçünüz həqiqətən xoşuma gəlir. Onda indiyə qədər gördüyüm ən yaxşı tatular var" , - deyə ABŞ lideri vurğulayıb.
Milli.Az