Dünya

Hamsterin dişlədiyi qadın uşaqlarının gözü önündə öldü

19 Oktyabr 2024 17:26
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada kolumbiyalı 38 yaşlı qadını evdə saxladıqları hamster (ev siçanı) dişləyib. Qadın müalicə üçün 1 və 17 yaşlı övladları ilə birgə xəstəxanaya getsə də, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qadın xəstəxananın girişindən cəmi bir neçə metr aralıda yıxılıb. Həkimlər təcili köməyə gələrək onu reanimasiya etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər. Qadının meyiti ekspertizaya göndərilib.

Nəticələr ümumiyyətlə İspaniyada dərc olunmadığından yarılma olub-olmadığı hələlik məlum deyil. Onun ölümü ilə bağlı istintaqı yerli məhkəmə koordinasiya edir. Ev heyvanı hamsterlərinin dişləmələri nadir hallarda quduzluq və ya bakterial infeksiyalara səbəb ola bilər.

Sahiblərə tövsiyə olunur ki, yaranı dərhal sabun və su ilə yusunlar. Lazım olduqda fəsadların yaranma ehtimalını azaltmaq və sağlamlıqlarının təhlükəsizliyini təmin etmək üçün həkimə müraciət etsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.