Dünya

Livanda bir kənd tamamilə yer üzündən silindi - FOTO

17 Oktyabr 2024 14:57
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail qüvvələri Livanın Mhaibib kəndində çox sayda partlayıcı qurğunu işə salıb. Nəticədə ərazi tamamilə yox olub.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, İsrail ordusunun məlumatına görə, məqsəd "Hizbullah" terror infrastrukturunu məhv etmək olub. 

Partlayış PUA-larla da qeydə alınıb. Hadisə nəticəsində bütün kəndin toz buludlarına büründüyü görünür. Peyk görüntüləmə şirkəti "Planet Labs" kəndin partlayışdan əvvəl və sonrakı görüntülərini dərc edib. Görüntülərdən görünür ki, kənddən heç nə qalmayıb.

Bildirək ki,  İsrail ordusu öncədən xəbərdarlıq edərək, kəndin sakinlərini təxliyə olunmasını tapşırmışdı. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.